Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına bu gün çıxacaq.
SİA-nın məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya ilə üz-üzə gələcək.
Qarşılaşma 20:00-da start götürəcək.
Qeyd edək ki, komanda ötən gün baş tutan matçda Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edib.