Kanadadakı səfirliyimizin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Azərbaycanın Kanadada səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, 09.11.2026 10.11.2026-cı il tarixlərində Azərbaycan Respublikasının Kanadada Səfirliyinin Konsulluq bölməsi fəaliyyət göstərməyəcək", - paylaşımda bildirilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB