“ABŞ ordusu İranla müharibənin böyük hissəsi ərzində faktiki olaraq ciddi döyüş əməliyyatları aparmayıb”.
SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Hazırda döyüş əməliyyatları aparmırıq. Əslində, bu müharibənin böyük hissəsində, demək olar, döyüşməmişik. Onlara bir neçə dəfə çox güclü zərbələr endirdik, sonra dayanaraq vəziyyəti müşahidə etdik”, - o, “New York Post” qəzetinin “Pod Force One” podkastında bildirib.
Tramp Birləşmiş Ştatların İranda hakimiyyəti artıq iki dəfə dəyişməyə nail olduğunu qeyd edib. O, ABŞ administrasiyasının İranın nüvə silahına sahib olmamalı olduğu barədə mövqeyini də növbəti dəfə təkrarlayıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB