Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində təmir işləri həyata keçiriləcək. Bu məqsədlə noyabrın 2-də transformator məntəqəsində təmir işləri aparılacaq.
“Azərişıq” ASC-dən SİA-ya bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev, Tələt Qasımov və Uluxanlı küçələrində, Hüseyn Cavid və Mətbuat prospektlərində, eləcə də İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Qeyd olunub ki, təmir işləri elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsinə və artan yük tələbatının qarşılanmasına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB