Ərəb Koalisiyası Yəməndə husilərin obyektlərini bombalayıb

Ərəb Koalisiyası Yəməndə husilərin obyektlərini bombalayıb

Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndəki üsyançı husilərin "Ənsar Allah" hərəkatının ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) potensialını artırmaq üçün istifadə etdiyi obyektlərə qarşı əməliyyatlar keçirib.

SİA xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi, general Turki əl-Maliki "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, zərbələr husilərin Yəmən və Səudiyyə Ərəbistanının mülki əhalisinə qarşı hücumlarına cavab olaraq, həmçinin iki ölkənin təhlükəsizliyinə və Qırmızı dənizdə gəmiçiliyə yönələn təhdidlərin zərərsizləşdirilməsi məqsədilə endirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə