"Fənərbağça" öz meydanında UDUZUB...

"Fənərbağça" öz meydanında UDUZUB...

Futbol üzrə Türkiyə Super Liqasının X turunda "Fənərbağça" doğma meydanda "Göztəpə"yə 1:2 hesabı ilə məğlub olub. İstanbul təmsilçisi qarşılaşmada hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. SİA xəbər verir ki, "Çobani" stadionunda keçirilən matçda meydan sahiblərinin heyətində Matteo Genduzi 45+1-ci dəqiqədə hesabı açıb.

"Göztəpə"nin heyətində isə 76-cı dəqiqədə Sinkler Armstronq, 78-ci dəqiqədə Andre Enrike fərqlənərək komandasına qələbə qazandırıblar.

Ardıcıl ikinci məğlubiyyətini alan "Fənərbağça" çempionluq yarışında vacib xallar itirib. Komanda 16 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə