Zelenski bu gün Türkiyəyə səfər edəcək

Zelenski bu gün Türkiyəyə səfər edəcək

Oktyabrın 31-də Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran X hesabında məlumat verib.

O bildirib ki, səfər zamanı ikitərəfli əlaqələr, Rusiya-Ukrayna münaqişəsi, Qara dənizdə təhlükəsizlik, həmçinin digər regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə