Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Mingəçevirdə 42 yaşlı kişi bıçaq xəsarəti nəticəsində ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində qeydə alınıb.

1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə