Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? - HƏKİM AÇIQLADI

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? - HƏKİM AÇIQLADI

Gecə yuxu zamanı həddindən artıq tərləmə bəzən ətraf mühitin temperaturu və ya geyimlə əlaqəli olsa da, bəzi hallarda ciddi sağlamlıq problemlərindən xəbər verə bilər.

Bu sözləri SİA-ya hepatoloq terapevt Sevinc Abasova deyib.

O bildirib ki, xüsusilə otağın temperaturu yüksək olmadığı, insan qalın yorğanın altında yatmadığı və sıxıcı geyimlər geyinmədiyi halda gecə tərləmələri davam edirsə, bunun səbəbləri araşdırılmalıdır:

“Menopauza, perimenopauza, hamiləlik və zəhərli zob kimi hallar da gecə tərləməsinə səbəb ola bilər. Lakin bunlar olmadığı halda həddindən artıq tərləmə müşahidə edilirsə, problemin arxasında müxtəlif xəstəliklər dayana bilər. Belə ki, HİV infeksiyası, vərəm, endokardit, digər bakterial infeksiyalar və şəkərli diabet gecə tərləməsinə səbəb olan xəstəliklər sırasındadır. Bəzi hallarda isə bu əlamət xərçəng xəstəlikləri ilə də əlaqəli ola bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə