...Ağ Ev gələn həftə keçiriləcək ABŞ aralıq seçkilərindən sonra İrana qarşı hücumları bərpa etmək niyyətindədir.
Hazırda Amerika döyüş təyyarələri artıq mövqelərini tutur. “Bütün bombaların anası” kimi tanınan ABŞ ordusunun GBU-43/B MOAB arsenalında ən güclü qeyri-nüvə bombasının istifadəsi planlaşdırılır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Newsmax kanalının jurnalisti Karla Babb X səhifəsində ABŞ-ın hazırkı və keçmiş rəsmilərinə istinadən yazıb.
...İndiki və keçmiş rəsmilər deyirlər ki, administrasiya gələn həftə ABŞ seçkilərindən sonra İrana zərbə endirməyi planlaşdırır. Təyyarələr mövqe tutur. MOAB bombasının istifadəsi gözlənilir, - deyə müxbir bildirib.
Qeyd edək ki, GBU-43/B MOAB GPS hədəfli ağır yüksək sürətli aviasiya bombasıdır. Əsas xüsusiyyətləri Ümumi çəkisi: 9 500 kq (partlayıcı H-6 kütləsi - 8 480 kq).
Partlayış gücü: təxminən 11 ton TNT ekvivalenti (46 GJ). Uzunluğu və diametri: 9 170 mm və 1 029 mm. Daşıyıcı: MC-130 təyyarəsi.
Bu günə kimi yalnız bir hadisə məlumdur.
Bu, 13 aprel 2017-ci ildə Əfqanıstanın şərqindəki Nangarhar vilayətinin Açin rayonunda, GBU-43/B MOAB-ın İŞİD terror qruplaşmasının eşelonlaşdırılmış tunel kompleksinə atılması ilə baş verib.
ABŞ rəsmiləri və yerli hesablamalara görə, partlayış 36-94 döyüşçünü məhv edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB