Oktyabrın 30-da Milli Məclisin növbəti plenar iclası keçirilir.
SİA xəbər verir ki, iclasda parlamentin gündəliyinə daxil edilən qanun layihələri və digər məsələlər müzakirə olunur. Toplantıda deputatlar müxtəlif sahələri əhatə edən qanunvericilik təşəbbüslərini nəzərdən keçirirlər. Müzakirəyə çıxarılan sənədlər arasında əmək münasibətləri, hərbi xidmət, telekommunikasiya, hüquqi yardım və sosial müdafiə ilə bağlı məsələlər yer alır. Həmçinin korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi məsələsinə baxılır. İclasın gündəliyinə ümumilikdə 11 məsələ daxil edilib.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB