Tramp Braziliyadakı seçkiləri “böyük rüsvayçılıq” adlandırıb

Tramp Braziliyadakı seçkiləri “böyük rüsvayçılıq” adlandırıb

ABŞ Prezidenti Donald Tramp Braziliyadakı prezident seçkilərindən danışıb.

SİA APA-ya istinadən xəbər verir ki, ABŞ lideri Braziliyadakı seçkiləri “böyük rüsvayçılıq” adlandırıb.

“Şərh vermək istəmirəm, amma bu seçkilərin Braziliya xalqı üçün böyük bir rüsvayçılıq olduğunu düşünürəm”, - Tramp jurnalistin Braziliyada kimi seçkilərin qanuni qalibi hesab etdiyi barədə suala cavabında qeyd edib.

Qeyd edək ki, Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu İşçilər Partiyasının lideri Lula da Silva qalib gəlib. Onun rəqibi, sağçı müxalifətin namizədi, senator Flaviu Bolsonaro isə 48,26 faiz səs qazanıb. Daha sonra Flaviu Bolsonaro ölkəni tərk etməsinə dair məhkəmə qadağasına baxmayaraq, ABŞ-a gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə