Ermənistan parlamentinin üzvləri parlament zalında kütləvi dava düşüb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurma hakim partiyanın üzvləri ilə müxalifət arasında baş verib.Dava hakim Vətəndaş Müqaviləsi Partiyasından olan millət vəkili Taron Çaxoyanın müxalifəti korrupsiya risklərinə görə tənqid edən çıxışı zamanı baş verib. O, xüsusilə Güclü Ermənistan partiyasının liderinin oğlu Samvel Karapetyanın qadınların ehtiyaclarını ödəyəcək nazirlik yaratmaq barədə verdiyi açıqlamanı xatırladıb.
"Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan Çaxoyanın şərhlərinə cavab verib. Deputatlar arasında mübahisə yaranıb və bu mübahisə tezliklə fiziki qarşıdurmaya, daha sonra isə kütləvi davaya çevrilib.
Parlament sədrinin müavini Vaaqn Aleksanyan müxalifətdəki həmkarlarını stulla vurmağa cəhd edib. Nəticədə iclas təxirə salınıb.
Müxalifətçi millət vəkili Andranik Gevorgyan dava zamanı xəsarət alıb. O, sürüşüb yıxıldıqdan sonra hakim partiya üzvü onu vurub.Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyə parlamentində büdcə layihəsi ilə bağlı səsvermədən əvvəl hakim və müxalifət partiyalarının üzvləri arasında dava düşmüşdü .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB