"Kəpəz" Azərbaycan Kubokunun 1/8 finalında

"Kəpəz" Azərbaycan Kubokunun 1/8 finalında

"Kəpəz" futbol üzrə Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanıb. SİA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi turnirin II təsnifat mərhələsində "Baku Sportinq" ilə üz-üzə gəlib. Qarşılaşma Gəncə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçlarda "İmişli" "Qaradağ Lökbatan"ı (4:1), "Şamaxı" "Hypers"i (5:1), "Şahdağ Qusar" MOİK-i (9:1), "Şəfa" "Ağstafa Gəncləri"ni (9:2) məğlub edib.

Xatırladaq ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə