“AMB-nin valyuta alışları pul kütləsinin artmasına səbəb olur" - AZƏR ƏLƏSGƏROV
AMB-nin valyuta alışları pul kütləsinin artmasına səbəb olur.
SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azər Ələsgərov deyib.
Onun sözlərinə görə, "Pul bazarında da pul kütləsinin həcminin artdığını görürük. Məsələn, M0 pul aqreqatı son bir ildə 12,4%, M1 pul aqreqatı 17%, M2 pul aqreqatı 21,3% artıb. Yəni, pul kütləsinin artım tempi yüksəlib. Müsbət hal ondan ibarətdir ki, geniş pul kütləsinin tərkibində daha uzunmüddətli komponentlərin artım tempi daha yüksəkdir. Belə ki, tələbli əmanətlərin artım tempi 23%, müddətli əmanətlərin artım tempi isə 37,7%-dir".
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB