Azərbaycanda icmal büdcəyə aid fondların 9 aylıq gəlir və xərcləri açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin tərkib hissəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 6 369,5 milyon manat, xərcləri 6 188,6 milyon manat təşkil edib.
Bu barədə SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bundan başqa, 9 ay ərzində İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 183,4 milyon manat, xərcləri 139,4 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1 milyard 499,3 milyon manat, xərcləri 1 milyard 720,6 milyon manat, Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 12 milyard 341,4 milyon manat, xərcləri 9 milyard 655,7 milyon manat məbləğində icra olunub.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 308,3 milyon manat, xərcləri 320,7 milyon manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB