Həm nağd, həm də qeyri-nağd valyuta bazarlarında təklifin tələbi kəskin üstələdiyini müşahidə edirik.
SİA xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.
Sədr qeyd edib ki, qeyri-nağd valyuta bazarında il ərzində bir hərraca düşən 70 milyon dollarlıq orta təklif şəraitində tələb cəmi 5 milyon dollar olub:
“Oktyabrda keçirilən 7 hərracın 5-də ümumiyyətlə tələb olmayıb. Digər 2 hərracda isə tələb ümumilikdə cəmi 4,5 milyon dollar təşkil edib. Nağd valyuta bazarına gəldikdə isə təklif tələbi 759 milyon üstələyir. Bu da kifayət qədər böyük rəqəmdir”.
“Bunları nəzərə alaraq, bank sektorunda dedollarlaşma prosesinin davam etdiyini qeyd etmək istərdim. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 3,3 faiz bəndi azalaraq 25,7 faizə enib. Qeyri-rezidentlərin əmanətlərində dededollarlaşma prosesi davam edir. Son 13 ayda qeyri-rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 5,7 faiz bəndi azalaraq 54,6 faizə çatıb”-deyə Sədr qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB