Azərbaycan Asiya-Sakit Okean regionu ilə turizm əlaqələrini genişləndirir - FUAD NAĞIYEV

Azərbaycan Asiya-Sakit Okean regionu ilə turizm əlaqələrini genişləndirir - FUAD NAĞIYEV

Azərbaycan Asiya-Sakit Okean regionu ilə turizm əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir. Bu istiqamətdə beynəlxalq əməkdaşlıq, sərgilərdə iştirak və regional bazarlarda təmsilçilik mühüm rol oynayır.

SİA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev PATA Hosted Buyers Summit Baku 2026 tədbirində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanın 2019-cu ildə Asiya-Sakit Okean Turizm Assosiasiyasına (PATA) üzv olması regionla əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradıb. Dövlət Turizm Agentliyi assosiasiya ilə qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Fuad Nağıyevin sözlərinə görə, Azərbaycan nümayəndə heyətləri son illərdə Makao, İstanbul və Koreya Respublikasında keçirilən PATA panel sessiyalarında iştirak edib. Həmçinin Banqkok və Pekində təşkil olunan PATA Travel Mart sərgilərində ölkənin turizm potensialı vahid milli stend vasitəsilə təqdim edilib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə