...Danışıqlar Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək
Avropa ölkələri Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlarda iştirak etməyəcəklər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, danışıqların tarixi yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, Ukrayna ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar Əbu-Dabidə keçiriləcək. Kreml danışıqların noyabrın 10-dan sonra keçiriləcəyini açıqlasa da, Polşa Baş naziri görüşün noyabrın 4-nə planlaşdırıldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB