Şirvan suvarma kanalının yenidən qurulması işləri 2027-ci ildə başa çatacaq

Şirvan suvarma kanalının yenidən qurulması işləri 2027-ci ildə başa çatacaq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Şirvan suvarma kanalının yenidən qurulması layihəsi həyata keçirilir.

SİA xəbər verir ki, 27–28 oktyabr tarixlərində təşkil olunan media turun ikinci günündə jurnalistlər layihənin icra vəziyyəti ilə tanış olublar.

Layihənin icrasına 2024-cü ildə başlanılıb və tikinti işləri dörd mərhələ üzrə davam etdirilir. Hazırda birinci mərhələ üzrə işlər 83 faiz, ikinci mərhələ üzrə 56 faiz, üçüncü mərhələ üzrə 49 faiz, dördüncü mərhələ üzrə isə 60 faiz yerinə yetirilib.

Ümumi uzunluğu 204 kilometr olacaq kanalın 134 kilometrində qazıntı işləri görülüb, 113 kilometrlik hissəsi beton üzlüyə alınıb. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə