Rusiyadan Britaniyanın 7 vətəndaşına sanksiya "sürprizi"....

Rusiyadan Britaniyanın 7 vətəndaşına sanksiya "sürprizi"....

Rusiya Ukraynaya silah və hərbi texnologiyalar tədarük edən müdafiə şirkətlərində rəhbər vəzifələr tutan Böyük Britaniyanın 7 vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib. Sanksiya siyahısına "Rotron Aerospace"in baş direktoru Aleks Edvard Hed, şirkətin baş hərbi məsləhətçisi Kev Oliver və onun direktorlar şurasının sədri Corc Zambellas daxil edilib.

Məhdudiyyətlər həmçinin "MGI Engineering"in baş direktoru Robert Maykl Qaskoyna, "Malloy Aeronautics"in icraçı direktoru Nil Epltona, "Tekever UK"in direktoru və həmtəsisçisi Pol Uebbə və "BAE Systems"in texnologiya və informasiya şöbəsinin rəhbəri Culian Frederik Çarlz Kreknellə də şamil edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə