Şirvan suvarma kanalında 110 hidrotexniki qurğuda tamamlama işləri aparılır

Şirvan suvarma kanalında 110 hidrotexniki qurğuda tamamlama işləri aparılır

Şirvan suvarma kanalının yenidən qurulması layihəsi çərçivəsində nəzərdə tutulan 171 hidrotexniki qurğudan 110-da tamamlama işləri aparılır.

SİA xəbər verir ki, bu barədə ADSEA-nın 27–28 oktyabr tarixlərində media nümayəndələri üçün təşkil etdiyi turun ikinci günündə məlumat verilib.

Layihə çərçivəsində yeni kanalın 163,3 kilometrlik hissəsinin dəmir-beton üzlüklə, 18 kilometrlik hissəsinin monolit beton üzlüklə, 23 kilometrlik hissəsinin isə torpaq kanal şəklində inşası nəzərdə tutulur.

Hazırda 204 kilometrlik kanalın 134 kilometrində qazıntı işləri görülüb, 113 kilometrlik hissəsi beton üzlüyə alınıb. Layihənin 2027-ci ildə tamamlanması planlaşdırılır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə