Braziliyada prezidentliyə namizəd ölkədən QAÇIB!

Braziliyada prezidentliyə namizəd ölkədən QAÇIB!

Braziliyada keçirilən prezident seçkisində məğlub olan senator Flaviu Bolsonaru ölkəni tərk edərək ABŞ-yə yollanıb. SİA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə onun həmkarlarından biri məlumat verib.

Senator ABŞ-yə həyat yoldaşı və iki qızı ilə birlikdə gedib. Məlumata görə, siyasətçi Braziliya Ali Məhkəməsinin hakimi Aleksandr de Moraes onun pasportunun müsadirə edilməsi barədə qərar çıxardıqdan sonra həbs olunacağından ehtiyat edərək ölkəni tələsik tərk edib.

Bolsonarunun ölkəni tərk etməsi barədə məlumatların yayılmasından sonra Braziliya Federal Polisi sərhəd-keçid məntəqələrində və hava reysləri üzrə yoxlamalara başlayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə