ADSEA su anbarları ilə tanışlıq məqsədilə media nümayəndələri üçün mediatur təşkil edib
27–28 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) media nümayəndələri üçün media tur təşkil edib. Turun əsas məqsədi su təsərrüfatı sahəsində həyata keçirilən layihələrlə tanışlıq və görülən işlərin ictimaiyyətə çatdırılmasıdır.
SİA xəbər verir ki, media turun birinci günü iştirakçılar Yengicə su anbarının tikinti sahəsi ilə tanış olublar. Nümayəndələrə layihənin icra vəziyyəti, tikinti işlərinin gedişi və obyektin gələcəkdə su ehtiyatlarının idarə olunmasında oynayacağı rol barədə məlumat verilib.
Səfər çərçivəsində su anbarının tikintisinin əhəmiyyəti, su ehtiyatlarından səmərəli istifadə və su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər diqqət mərkəzində olub. Layihənin regionun su təsərrüfatı infrastrukturunun inkişafına töhfə verməsi nəzərdə tutulur.
Media turun ikinci günündə iştirakçıların su təsərrüfatı sahəsində həyata keçirilən digər layihələrlə tanışlığı planlaşdırılır. Təşkil olunan səfər media nümayəndələrinin görülən işlər barədə ətraflı məlumat əldə etməsinə və ictimaiyyətin məlumatlandırılmasına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB