2020-ci il iyulun 27-də imzalanmış 2178 nömrəli sərəncam əsasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər planında nəzərdə tutulan Yengicə su anbarının tikintisi davam etdirilir.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Yengicə su anbarı Qəbələ rayonu ərazisində, Yengicə kəndinin yaxınlığında, Qaracay və Vəndamçay çaylarının birləşdiyi ərazidə yerləşir. Anbarın bəndinin hündürlüyü 45 metr, qaşının uzunluğu 449,5 metr, eni isə 10 metr nəzərdə tutulub.
Akif Quliyevin sözlərinə görə, layihəyə əsasən, su anbarının ümumi həcmi 17,5 milyon kubmetr, ölü həcmi isə 5 milyon kubmetr olacaq.
O bildirib ki, su anbarının tikintisində əsas məqsəd Qəbələ rayonunda 10 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsidir. Həmin ərazinin 3 min 400 hektarında mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması, 6 min 600 hektarında isə yeni kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin suvarılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB