"Sahibkarlar iqtisadiyyatlar və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayır" - Hüseyn Hüseynov
Sahibkarlar iqtisadiyyatlar və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayır.
SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında deyib.
Onun sözlərinə görə, mədəniyyətlərarası dialoq sərhədlər arasında körpülərin qurulmasına, dialoqun təşviqinə və qarşılıqlı anlaşmanın gücləndirilməsinə töhfə verir.
Hüseyn Hüseynov qeyd edib ki, transsərhəd biznes tərəfdaşlıqlarının səmərəli qurulması üçün ünsiyyət, müxtəlif mədəniyyətlərə və biznes təcrübələrinə hörmət, eləcə də qarşılıqlı etimad vacibdir.
O bildirib ki, artan geosiyasi gərginlik və iqtisadi parçalanma fonunda ölkələr arasında əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ticarət maneələri və təchizat zəncirində yaranan fasilələr biznes ictimaiyyəti üçün əlavə xərclər və qeyri-müəyyənlik yaratsa da, mövcud kommersiya əlaqələri, birgə investisiyalar və ortaq iqtisadi maraqlar əməkdaşlığın davam etdirilməsinə imkan verir.
Nazir müşaviri vurğulayıb ki, sahibkarlar praktiki əməkdaşlıq və davamlı tərəfdaşlıq vasitəsilə ənənəvi diplomatiyanı tamamlayır, biznes cəmiyyətləri arasında daha sıx əlaqələrin qurulmasına və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafına dəstək olurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB