“Bir çox ölkələr ASAN xidmət modelini Azərbaycandan öyrənərək tətbiq edir” - Dmitri Şlapaçenko

“Bir çox ölkələr ASAN xidmət modelini Azərbaycandan öyrənərək tətbiq edir” - Dmitri Şlapaçenko

“ASAN xidmət” modeli və səyyar xidmət layihəsi vətəndaşlar üçün əlçatan xidmətlərin təşkilində uğurlu təcrübə nümunəsidir.

SİA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası rəqəmsal gələcək: Rəqəmsal və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal bacarıq” adlı panel sessiyasında deyib.

O bildirib ki, insanlara təqdim olunan xidmətlər onların ehtiyaclarına uyğun və əlçatan olmalıdır.

D.Şlapaçenko qeyd edib ki, Azərbaycanda tətbiq olunan “ASAN xidmət” modeli bu baxımdan faydalı nümunədir. Onun sözlərinə görə, səyyar “ASAN xidmət” layihəsi də uğurlu təcrübə kimi diqqət çəkir və bir çox ölkələr bu modeli Azərbaycandan öyrənərək öz fəaliyyətlərində tətbiq edirlər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə