"Barselona" bu futbolçuya görə CƏRİMƏLƏNDİ

"Barselona" bu futbolçuya görə CƏRİMƏLƏNDİ

İspaniya Kral Futbol Federasiyası "Atletiko"nun (Madrid) hücumçusu Xulian Alvareslə bağlı aparılan araşdırmanın yekununda "Barselona" klubunu cərimələyib. "Mundo Deportivo" nəşrinin yazdığına görə, paytaxt təmsilçisi bu yay İspaniya Kral Futbol Federasiyasına və FIFA-ya şikayət ünvanlayıb.

Madrid kollektivi kataloniyalıları futbolçu ilə əvvəlcədən yazılı bildiriş təqdim etmədən danışıqlar aparmaqda ittiham edib.

Daha sonra məsələ ilə bağlı intizam araşdırmasına başlanılıb. Araşdırmanın nəticəsində qayda pozuntusu yüngül xarakterli hesab edilib. Buna baxmayaraq, "Barselona" İntizam Məcəlləsinin 133-cü maddəsinə əsasən, nəzərdə tutulan maksimum məbləğdə - 602 avro cərimələnib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə