...Rus dili son vaxtlara qədər Kremlin müstəsna təsir zonası olmuş Mərkəzi Asiya regionunda mövqelərini itirir. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və digər ölkələrdə əhali kütləvi şəkildə Çin dilini öyrənir.
SİA xəbər verir ki, bu mühüm tendensiya barədə Ukraynanın Xarici Kəşfiyyat Xidməti bldirib.
2024-cü ilin sonlarına olan məlumata görə, Orta Asiyanın 150 minə yaxın sakini Çin dilini bilmək üçün testlərdən uğurla keçib.
Onu tədris edən özəl məktəblərin sayı artıq bir neçə yüz vahidə çatıb. Pekin bu tendensiyaları fəal şəkildə dəstəkləyir və ÇXR-in dili və mədəniyyətini təbliğ edən təhsil müəssisələri olan Konfutsiy Məktəblərini bölgə ölkələrində kütləvi şəkildə açır.
...Hər il Mərkəzi Asiyada daha çox insan rus dilini deyil, Çin dilini öyrənmək istəyir. Regionun sakinləri Çin dilini gələcəyin dili hesab edirlər ki, bu da ÇXR-in təhsil müəssisələrində işə düzəlmək, biznes aparmaq və ali təhsil almaq üçün perspektivlər açır.
Onların fikrincə, Çin hakimiyyəti bu cür layihələri kifayət qədər səxavətlə maliyyələşdirir və istedadlı tələbələrə ciddi təqaüdlər verir.
...Bu yanaşma Pekinə biznes, mədəniyyət və sosial sahələrdə ikitərəfli əlaqələrin inkişafına mərkəzi asiyalıları cəlb etməyə imkan verir. Regionun bir çox sakinləri proqnozlaşdırılmayan Rusiya Federasiyasından fərqli olaraq müasir Çini perspektivli və müsbət tərəfdaş kimi qəbul edirlər.
Pekin müharibənin zəiflətdiyi Rusiyanı oradan sıxışdıraraq Mərkəzi Asiyada iqtisadi və geosiyasi təsirini açıq şəkildə sürətlə artırır.
...Yeni ticarət marşrutlarının, elmi-texniki və mədəni əməkdaşlığın inkişafı ilə birlikdə Çin “yumşaq qüvvəsi” tədricən burada regional təhlükəsizliyin yeganə qarantı sayılan Rusiya Federasiyasını sıxışdırır.
Bu gün Çinin Mərkəzi Asiya ölkələrinin xarici ticarətindəki payı artıq 40 faizə çatır, Rusiya isə 2025-ci ilin yekunlarına görə təxminən 15 faizə qədər azalıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB