Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.
SİA-nın Aran bürosunun məlumatına görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Belə ki, ailənin oğlu anasını, atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir.
Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB