YAP Qəbələ rayon təşkilatının Nic ərazi partiya təşkilatında tədbir keçirilib - FOTOLAR

YAP Qəbələ rayon təşkilatının Nic ərazi partiya təşkilatında tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən, Azərbaycanın qazandığı nailiyyətlərdən və Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin möhkəmləndirilməsindəki mühüm rolundan danışıb. O, VIII Qurultayda səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin partiya üzvləri üçün mühüm istiqamət müəyyən etdiyini vurğulayaraq, bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün fəal iştirakının vacibliyini qeyd edib.
Digər çıxışçılar Venera Antonova, Leyla Tahirova, Bahadur Rəşidli, Turanə Qasımova və Ayxan Sədullazadə partiyanın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını bildirərək, Prezident İlham Əliyevin nitqində irəli sürülən vəzifələrin dərindən öyrənilməsinin və gündəlik fəaliyyətdə rəhbər tutulmasının vacibliyini diqqətə çatdırıblar. Natiqlər milli həmrəyliyin möhkəmləndirilməsi, dövlət müstəqilliyinin və suverenliyin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, azərbaycançılıq ideologiyasının təbliği və partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması istiqamətində görüləcək işlərdən bəhs ediblər.
Sonda VIII Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə