Yaradıcı sənayelərin inkişafı Azərbaycana hansı iqtisadi imkanları qazandıracaq? - Rəşad Əzizov

Yaradıcı sənayelərin inkişafı Azərbaycana hansı iqtisadi imkanları qazandıracaq? - Rəşad Əzizov

Yaradıcı sənayelərin inkişafı yeni iş imkanlarının yaranmasına, investisiyaların cəlb edilməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə şərait yaradır.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında deyib.

O bildirib ki, Yaradıcı Sənayelər Mərkəzinin yaradılması yaradıcı şəxslər üçün təşkilati imkanlar formalaşdırır və bu modelin regionlarda da genişləndirilməsinə şərait yaradır.

R.Əzizovun sözlərinə görə, son illərdə ölkədə həyata keçirilən siyasət nəticəsində yaradıcı sənayelərdə məşğulluğun və biznes subyektlərinin sayının artırılması istiqamətində irəliləyiş əldə olunub. Mədəni və yaradıcı sənayelər ölkənin iqtisadi inkişafında da mühüm yer tutur.

Agentliyin baş direktoru qeyd edib ki, biznes dialoq sessiyası yalnız fikir mübadiləsi deyil, həm də konkret layihələrin hazırlanması və gələcək əməkdaşlıqların qurulması baxımından əhəmiyyətlidir.

O vurğulayıb ki, burada yaradılan tərəfdaşlıqlar yeni yaradıcı məhsulların meydana gəlməsinə, layihələrin həyata keçirilməsinə, investisiyaların cəlb olunmasına və müxtəlif ölkələrdən olan sahibkarlar arasında uzunmüddətli əməkdaşlığın qurulmasına imkan verə bilər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə