Kamran Əliyev Misir və Maldiv rəsmiləri ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib

Kamran Əliyev Misir və Maldiv rəsmiləri ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib

Baş prokuror Kamran Əliyev Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib.

Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Kamran Əliyev oktyabrın 27-28-də Bakıda təşkil olunan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Maldivin Korrupsiyaya Qarşı Komissiyasının sədri Adam Şamil və Misirin İnzibati Nəzarət Orqanının sədri Əmr Adel Hosni ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Tərəflər Azərbaycanın Baş Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Misirin İnzibati Nəzarət Orqanı arasında əlaqələrin genişləndirilməsi, korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkarlanması və araşdırılması sahəsində təcrübə mübadiləsi, habelə səmərəli nəzarət mexanizmlərinin tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Eyni zamanda korrupsiya hüquqpozmalarının qarşısının alınması və aşkar edilməsi, məlumat mübadiləsinin genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və beynəlxalq hüquqi əməkdaşlığın səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər.

Hər iki görüşdə antikorrupsiya sahəsində institusional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər müvafiq qurumlar arasında əməkdaşlığın gələcək inkişafına qarşılıqlı maraq ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə