Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir

Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək.

SİA xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma təşkil olunacaq.

“Şimal” Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”la, “Marafon” Marafon Arenada “Zaqatala” ilə üz-üzə gələcək. Hər iki matç saat 14:00-da başlayacaq.

Saat 17:00-da “Kür-Araz” “SOCAR Polymer Arena”da “Sumqayıt”ı, “Qəbələ” Qəbələ şəhər stadionunda “Mingəçevir”i qəbul edəcək. “Səbail” isə saat 18:00-da “Bank Respublika Arena”da “Zirə” ilə qarşılaşacaq.

Qeyd edək ki, bu raundun digər matçları oktyabrın 28-29-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə