“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
SİA xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin ilk matçında Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşacaq.
Polşadakı “Prezero Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, V qrupda yer alan "Araz-Naxçıvan" oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Pyast" komandaları ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB