Sevinən Serbiya vətəndaşlarının görüntüləri bütün dünyaya yayıldı...
Vuçiç yıxıldı..?

...Putinin Rusiyasının Avropadakı son müttəfiqi (Putinə rəğbət bəsləyən slovak Fitso və yemlənmiş Lukaşenko istisna olmaqla –A.B.) Vuçiç parlament seçkilərini ləğv etdi. Premyerada prezidentlərdən rokirovka uğursuz oldu.

Vuçiçin başçılıq etdiyi 14 il ölkəni idarə edən Serbiya Mütərəqqi Partiyası kardioloq İlya Srdanoviçin başçılıq etdiyi 250 alim, mütəxəssis və ictimai xadimin daxil olduğu “Tələbə siyahısı”na uduzdu.

SİA xəbər verir ki, “SerpomPo” Telegram kanalı korrupsiya, mütəşəkkil cinayətkarlıq, sosial hüquqlar uğrunda mübarizədə birləşən insanların “siyahısı” 2024-cü ildə Novi Sadda baş verən faciədən sonra etirazlara rəhbərlik edən “Blokadada olan tələbələr” tələbə hərəkatı tərəfindən formalaşdırılıb (orada iki il əvvəl yenidən qurulan dəmiryol vağzalında bir örtük çöküb, 16 nəfər həlak olub-A.B.).

...Serbiya Rusiya deyil və Vuçiç konstitusiyaya görə ikinci və son müddətin bitməsindən bir neçə ay əvvəl prezidentlikdən istefa verərək baş nazir kimi hakimiyyətdə qala bilmədi. 2008-ci ildə Medvedevi Kremlin kürsüsünə qoyan və sonra 2012-ci ildə geri dönən Putin kimi.

...Sevinən Serbiya vətəndaşlarının görüntüləri bütün dünyaya yayıldı. Altı ay əvvəl 16 il hakimiyyətdə olan başqa bir Putinin simpatizanı olan Orbandan qurtulan macarlar da sevinirdilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə