Şuşanın beynəlxalq mədəniyyət məkanına çevrilməsi, tarixi irsinin qorunması və dünyada tanıdılması istiqamətində tədbirlər davam etdirilir.
SİA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Şuşa işğaldan azad edildikdən sonra Prezidentin rəhbərliyi və göstərişləri əsasında şəhərdə və digər azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.
F.Cəfərov qeyd edib ki, 2023-cü ildə Şuşa Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu statuslar şəhərin beynəlxalq səviyyədə tanıdılmasına və burada beynəlxalq tədbirlərin keçirilməsinə töhfə verib.
Nazir müavininin sözlərinə görə, Şuşada beynəlxalq musiqi festivalları, ədəbi və digər mədəni tədbirlər təşkil olunur. Bu tədbirlər şəhərin tarixi mədəni ənənələrinin bərpasına və beynəlxalq mədəniyyət məkanına çevrilməsinə xidmət edir.
O, həmçinin Şuşanın müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşma əlaqələrinin qurulmasının beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
F.Cəfərov əlavə edib ki, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun İslam irsi siyahısına daxil edilməsi şəhərin tarixi irsinin beynəlxalq səviyyədə qorunmasına və onun ümumbəşəri mədəni əhəmiyyətinin tanıdılmasına töhfə verəcək. Bu hadisənin forum çərçivəsində keçiriləcək panellərdən birində xüsusi qeyd olunması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB