Qeyri-Hökumət Təşkilatları (QHT) üçün "Azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və icma həyatına dəstək" mövzusunda qrant müsabiqəsi elan edilib.
SİA xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna başlanılıb.
Müraciət üçün son tarix noyabrın 20-sidir.
Həmçinin oktyabrın 30-da Dövlət Dəstəyi Agentliyinin operatorluğu ilə Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qarabağ Dirçəliş Fondu, ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi ilə birlikdə olan qrant müsabiqələrinə dair infosessiya keçiriləcək.
İnfosessiyada Prezident Administrasiyasının və donor qurumların məsul şəxsləri iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB