FSB Cənubi Qafqaz ölkələrindən birində olduğunu bildirdiyi şəxsə cinayət işi açdı

FSB Cənubi Qafqaz ölkələrindən birində olduğunu bildirdiyi şəxsə cinayət işi açdı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) “Pepel” Teleqram kanalının sahibinə qarşı “terrorçuluğa haqq qazandırma” və “qadağan olunmuş terror təşkilatlarını dəstəkləmə” ittihamları ilə cinayət işi açıb.

SİA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edilib ki, şübhəli şəxs açıq şəkildə Rusiyada qadağan edilmiş “Rusiya Könüllülər Korpusu” və “Rusiya Azadlığı Legionu” qruplaşmalarını (müharibədə Ukraynanın tərəfində çıxış edirlər - red.) dəstəkləyən fikirlər səsləndirib.

Teleqram kanalının sahibi “xarici agent” kimi tanınıb və onun Cənubi Qafqaz ölkələrindən birində olduğu bildirilib. Onu yeddi ilədək həbs cəzası gözləyir. Söhbətin hansı ölkədən getdiyi isə dəqiqləşdirilməyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə