Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib
23–24 oktyabr 2026-cı il tarixlərində Bakıda “Qastroenterologiya və hepatologiyanın aktual problemləri” mövzusunda II HepatoGastro Beynəlxalq Forumu keçirilib. Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev moderator və məruzəçi qismində iştirak edib.
Dr.İsmayıl Əfəndiyev “Hepatotoksik maddələrlə kəskin zəhərlənmələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qaraciyərin toksik zədələnməsinə səbəb olan maddələr, bu zəhərlənmələrin diaqnostikası və müalicəsinə müasir yanaşmalar barədə məlumat verilib. Beynəlxalq Forum çərçivəsində qastroenterologiya, hepatologiya və toksikologiyanın qarşılıqlı əlaqəli klinik məsələləri ətrafında fikir və təcrübə mübadiləsi aparılıb, müxtəlif ixtisaslar üzrə mütəxəssislərin əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
#HepatoGastro2026 #IIHepatoGastroBeynəlxalqForumu #Qastroenterologiya #Hepatologiya #Toksikologiya #TibbiXidmətİdarəsi #DövlətGömrükKomitəsi #İsmayılƏfəndiyev #BeynəlxalqƏməkdaşlıq #TibbElmi #MüasirTibb #Sağlamlıq
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB