“Azərbaycan qlobal problemlərin həllində etibarlı tərəfdaş kimi çıxış edə bilər” -Xalid Fətəlrahman

“Azərbaycan qlobal problemlərin həllində etibarlı tərəfdaş kimi çıxış edə bilər” -Xalid Fətəlrahman

Dialoq, multikulturalizm və sülh VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas istiqamətlərini təşkil edir.

SİA xəbər verir ki, bunu ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fətəlrahman VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, forumun əsas yanaşması ardıcıllıq prinsipinə əsaslanır. Bu prinsip müəyyən edilmiş tematik istiqamətlərin davam etdirilməsini və dialoq, multikulturalizm, sülh və təhlükəsizlik arasında əlaqələrin gücləndirilməsini nəzərdə tutur.

X.Fətəlrahmanın sözlərinə görə, dialoq qlobal problemlərin həllində maarifləndirici vasitə, multikulturalizm anlaşma və əməkdaşlığın əsası, sülh və təhlükəsizlik isə ortaq qlobal məqsədlər kimi çıxış edir.

O qeyd edib ki, bu yanaşma regional problemlərin həllinə, mövcud böhranların aradan qaldırılmasına və həyata keçirilə bilən həll yolları ətrafında razılığın əldə olunmasına töhfə verə bilər.

ICESCO rəsmisi Azərbaycanın qlobal dialoq və əməkdaşlıq prosesində etibarlı tərəfdaş kimi çıxış edə biləcəyini vurğulayıb.

X.Fətəlrahman, həmçinin forum çərçivəsində vətəndaşlığın yeni konsepsiyası, eləcə də müasir sosial problemlərin və münaqişələrin həlli yollarına həsr olunmuş simpoziumların keçirilməsini təklif edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə