Binəqədi və Qaradağın bəzi ərazilərində qaz olmayacaq

Binəqədi və Qaradağın bəzi ərazilərində qaz olmayacaq

Bu gün Binəqədi və Qaradağ rayonlarının bir sıra ərazilərində qaz olmayacaq. SİA xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun S. S. Axundov küçəsinin, Qaradağ rayonunun Qobustan qəsəbəsinin, Təzə Yurd və 2A yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə