“Süni intellekt mədəniyyətlərarası dialoqa həm müsbət, həm də mənfi təsir göstərə bilər” - Nihal Saad
Süni intellektdən düzgün istifadə edilmədikdə, müxtəlif mədəniyyətlər və etnik qruplar haqqında yanlış məlumatların yayılmasına, qorxu və inamsızlığın yaranmasına səbəb ola bilər.
SİA xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, süni intellektin inkişafı texnologiyanın mədəniyyətlərarası dialoq və mədəni tərəqqi ilə uzlaşmasından daha sürətlə gedir. Bu səbəbdən bir çox hökumət və ölkə yeni texnoloji çağırışlara cavab verməkdə çətinlik çəkə bilər.
N.Saadın sözlərinə görə, süni intellekt müxtəlif mədəniyyətləri və etnik qrupları daha yaxından tanımaq, qarşılıqlı hörməti gücləndirmək və müxtəlifliyə hörmət prinsipini təşviq etmək üçün mühüm vasitədir. Bununla yanaşı, texnologiyadan yanlış istifadə əks nəticələrə yol aça bilər.
O qeyd edib ki, süni intellekt vasitəsilə yayılan təhrif olunmuş məlumatlar cəmiyyətlər arasında inamsızlığı artıra və mədəniyyətlərarası münasibətlərə zərər vura bilər.
N.Saad vurğulayıb ki, bu risklərin qarşısını almaq üçün süni intellekt sahəsində hazırlanan texnologiyalara, proqramlara və məhsullara etik prinsiplər və ümumbəşəri dəyərlər daxil edilməlidir.
“Bu məsələdə insan amili həlledici əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB