Ağcabədidə iki avtomobil toqquşub: Xəsarət alanların vəziyyəti açıqlandı

Ağcabədidə iki avtomobil toqquşub: Xəsarət alanların vəziyyəti açıqlandı

Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan dörd kişi oktyabrın 25-də saat 12 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Hazırda yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə