Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiçin anası bir qrup şəxsin hücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə hakim Serb Proqressiv Partiyasından məlumat verilib.
Artıq Aleksandr Vuçiçin anasına hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun 28 yaşlı M.N. adlı şəxs olduğu bildirilib..O, Belqradda Birinci Əsas İctimai Prokurorluğun göstərişi ilə dindiriləcək.
"Müxalif siyasi baxışlara malik bir qrup gənc Angelina Vuçiçi itələyib, ona qarşı qışqırmağa başlayıb və əlindəki ərzaq dolu torbalarını cırıb. Belə bir davranış qəbuledilməz təcavüz, alçaltma və hədə-qorxu aktı təşkil edir və ən sərt şəkildə pislənməyə layiqdir. Serb Proqressiv Partiyası səlahiyyətli orqanlardan təcili və qətiyyətli reaksiya, hadisənin təfərrüatı ilə bağlı hərtərəfli araşdırma, həmçinin bütün iştirakçıların məsuliyyətə cəlb olunmasını tələb edir. Angelina Vuçiç artıq hücum barədə polisə məlumat verib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Vuçiç 27 sentyabrda istefa verib və parlament seçkilərində partiyasına şəxsən rəhbərlik edir. Bu gün Serbiyada parlament seçkiləridir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB