Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib

Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib

Misir parlamenti ölkə ordusuna Yəməndəki husilərin hücumları fonunda Səudiyyə Ərəbistanının müdafiəsinə dəstək göstərməyə icazə verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qərar Qahirənin Yəməndəki münaqişəyə daha birbaşa cəlb olunması ehtimalını artırır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ötən həftə parlamentdən Səudiyyə Ərəbistanına müdafiə xarakterli hərbi yardım göstərilməsi üçün icazə istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə