Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 255,611 milyon manat sığorta haqqı toplanılıb.
SİA-nın Trend-dən əldə etdiyi məlumata görə,, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 milyon manat və ya 7,2% azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 20,4 milyon manat və yaxud 19,3% artaraq 125,786 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-sentyabr aylarında icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,2 manatı müştərilərə geri ödənilib.
İcbari sığorta üzrə sığorta haqlarının azalmasına baxmayaraq, ölkənin sığorta bazarı üzrə ümumi göstəricilərdə artım qeydə alınıb.
Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri ümumilikdə 1 milyard 248,485 milyon manat sığorta haqqı toplayıblar. Bu, 2025-ci ilin eyni dövründəki göstəricidən 91,2 milyon manat və ya 7,9% çoxdur.
Eyni zamanda, hesabat dövründə sığorta ödənişlərinin ümumi həcmi 882,723 milyon manata çatıb. Ötən ilin yanvar-sentyabr aylarında bu göstərici təxminən 683,9 milyon manat olub. Beləliklə, sığorta ödənişləri illik müqayisədə 198,8 milyon manat və ya 29,1% artıb.
Ümumi sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının təxminən 70,7 manatı ödənişlərə yönəldilib.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında sığorta haqlarının həcminə görə ilk sırada “PASHA Life Insurance” qərarlaşıb. Şirkət 568,351 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% çoxdur.
İkinci yerdə 308,931 milyon manat sığorta haqqı ilə “PASHA Insurance” qərarlaşıb. Şirkətin göstəricisi illik müqayisədə 13,2% artıb.
İlk beşliyə, həmçinin 83,579 milyon manat sığorta haqqı ilə “Ateshgah Life Insurance”, 69,156 milyon manatla “Ateshgah Insurance” və 52,581 milyon manatla “Gala Insurance” daxil olub. Bu şirkətlərin illik dəyişmə göstəriciləri müvafiq olaraq 3%, 42,1% və mənfi 17,7% təşkil edib.
Sığorta haqlarının həcminə görə ən yüksək artım “Mega Life Insurance” şirkətində qeydə alınıb. Şirkət 22,760 milyon manat sığorta haqqı toplayıb ki, bu da illik müqayisədə 84,4% çoxdur. “Silkway Insurance” şirkətinin göstəricisi isə 47,2% artaraq 6,608 milyon manata çatıb.
Bununla yanaşı, “Azerbaijan Industry Insurance” şirkətinin sığorta haqları 20,1% azalaraq 19,781 milyon manata, “Gala Insurance” şirkətinin haqları isə 17,7% azalaraq 52,581 milyon manata enib.
Ödənişlərin həcminə görə şirkətlərin sıralamasında da ilk yeri “PASHA Life Insurance” tutur. Şirkət 2026-cı ilin ilk doqquz ayında 548,526 milyon manat sığorta ödənişi həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,4% çoxdur.
İkinci yerdə 130,899 milyon manat ödənişlə “PASHA Insurance” qərarlaşıb. Şirkətin ödənişləri illik müqayisədə 27,1% artıb.
Üçüncü yerdə 87,753 milyon manat ödənişlə “Ateshgah Life Insurance” yer alıb. Şirkətin ödənişlərinin həcmi bir il ərzində 84,7% artıb. “Ateshgah Insurance” 31,995 milyon manat ödənişlə dördüncü, “Gala Insurance” isə 17,999 milyon manatla beşinci olub.
Ödənişlərin illik artım tempi baxımından “Mega Life Insurance” şirkətində də əhəmiyyətli dəyişiklik qeydə alınıb. Şirkətin həyata keçirdiyi ödənişlər 83,3% artaraq 7,058 milyon manata çatıb. “Gala Life Insurance” şirkətinin ödənişləri isə 76,4% artaraq 3,811 milyon manat təşkil edib.
Əksinə, “Agro Insurance” şirkətinin sığorta ödənişləri 61,9% azalaraq 1,894 milyon manata, “Xalq Life Insurance” şirkətinin ödənişləri isə 12,6% azalaraq 3,563 milyon manata düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Putinin Federal Məclisə müraciəti ləğv edilib...
Dünya 18:27Daha bir dövlət husilərlə müharibəyə qoşulur
Dünya 17:53Azərbaycanda icbari sığorta haqları azalıb, ödənişlər artıb
İqtisadiyyat 17:48Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Siyasət 17:44Paşinyan sülh məsələsini niyə uzadır?
Siyasət 17:38"Şəhərsalma mədəniyyəti” adlı monoqrafiya nəşr olunub" - YENİ NƏŞR
Mədəniyyət 16:43AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
Sosial 16:39“Həkimlərimizi tanıyın!” rubrikamızda
Səhiyyə 16:38QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Siyasət 16:33Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
İqtisadiyyat 16:28Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
Sosial 16:06Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
İqtisadiyyat 15:13Yaponiyanın keçmiş Baş naziri vəfat edib
Dünya 14:38Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Siyasət 14:38Ermənistanın geosiyasi xaosu - BAXIŞ BUCAĞI
Siyasət 14:00İranın yeni hədəfi - RAKURS
Siyasət 13:34Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılır
İqtisadiyyat 13:28Bakıda sabah 21 dərəcə isti olacaq
Sosial 13:05“Şuşanın tarixi irsi beynəlxalq səviyyədə tanıdılır” - Fərid Cəfərov
Mədəniyyət 12:37Ötən həftə 997 hektar ərazi minalardan təmizlənib
Hadisə 12:10“VII Forumda 44 ölkədən gənclər iştirak edəcək” - Nazir müavini
Mədəniyyət 12:02Böyüyən kitab sərgimizin haqqını verə bilirikmi?!
Təhsil 11:34İlham Əliyev Avstriya Prezidentini təbrik edib
Siyasət 11:259 ayda İKT sektoruna 377 milyon manat investisiya yönəldilib
İqtisadiyyat 10:42AAYDA: Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır
İqtisadiyyat 10:41Azərbaycan və Böyük Britaniya arasında iqtisadi tərəfdaşlıq müzakirə edilib
İqtisadiyyat 10:38"Seçkilərdə uduzduq" - Vuçiçdən ETİRAF
Dünya 06:02Ancelina Colinin malikanəsi 24,75 milyon dollara satıldı!
Şou-Biznes 02:21Naxçıvanda "Nissan" və "KİA" toqquşub
Hadisə 02:03"“Qarabağ”ın “Sabah”ı uda bilməməsi.." - Qurbanovdan AÇIQLAMA
İdman 25 Oktyabr 23:19Ukraynalı deputat minaya düşüb
Dünya 25 Oktyabr 23:03Deputatın oğlu da həbs edildi - QƏRAR
Sosial 25 Oktyabr 22:31"Sabah" - "Qarabağ" duelində qolsuz "sülh"...
İdman 25 Oktyabr 22:18Ərdoğan Oqtay Saralı vəzifəsindən azad edib - TƏCİLİ
Siyasət 25 Oktyabr 22:01Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9074
+0,10%
-
GBP
2,2745
-0,07%
-
RUB
2,1052
+0,80%



