Azərbaycan boksçularının 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb

Azərbaycan boksçularının 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb

Azərbaycan boksçularının 2026-cı ildə Avropa çempionatlarında qazandıqları medalların sayı 25-ə çatıb.

Bu barədə SİA-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Milli komandalar qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medala sahib çıxıblar. Mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır.

Komandalar arasında ən çox medalı U-15 millisi qazanıb. Boksçular Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər.

U-17 millisi qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığma isə analoji yarışda rekord nəticə göstərərək 5 mükafata yiyələnib. Hər iki komandanın 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

U-19 millisinin Avropa çempionatındakı qazancı isə 2 medal olub.

Beləliklə, Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları bütün Avropa çempionatlarında medal qazanaraq ölkəni uğurla təmsil ediblər. Komandalar bu yarışların 3-də medal əyarına görə ilk "altılıq"da yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com