“Din insanları bir-birindən ayırmaq üçün vasitəyə çevrilməməlidir” - Yepiskop Vladimir Fekete
Müasir dünyada qeyri-müəyyənlik, münaqişələr və xaos fonunda dinlərarası dialoqun, qarşılıqlı hörmətin və sevginin təşviqi xüsusi əhəmiyyət daşıyır.
SİA xəbər verir ki, bunu Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dini icmaların nümayəndələri başqalarına nümunə olmalı, insanların dini mənsubiyyətindən və inanclarından asılı olmayaraq hər kəslə hörmət və sevgi çərçivəsində ünsiyyət qurmalıdırlar.
Yepiskopun sözlərinə görə, insanlar bir-birinə hörmət etmək və dünyada sülh şəraitində yaşamaq prinsipini rəhbər tutmaqla bir çox problemi həll edə bilərlər.
V.Fekete təəssüflə qeyd edib ki, bəzi siyasi qüvvələr hakimiyyətlərini qorumaq və müəyyən məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edirlər. O vurğulayıb ki, din insanlar arasında ayrı-seçkilik və qarşıdurma yaratmaq üçün deyil, onları birləşdirmək üçün vasitə olmalıdır.
Yepiskop əlavə edib ki, müxtəlif dinlərin nümayəndələri, eləcə də dini inancı olmayan insanlar vahid ailə kimi birləşərək dünyada qarşılıqlı anlaşma və hörmət şəraitində yaşaya bilərlər.
V.Fekete, həmçinin Azərbaycana gələn qonaqların Bakı şəhərinin gözəlliyi ilə yanaşı, insanlar arasındakı münasibətləri də müşahidə etmək imkanı qazandıqlarını bildirib. O, artıq 18 ildir ki, bu münasibətlərin şahidi olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB