"Hazırda Azərbaycanda 144 muzey fəaliyyət göstərir" - Səbinə Hacıyeva

"Hazırda Azərbaycanda 144 muzey fəaliyyət göstərir" - Səbinə Hacıyeva

Azərbaycan əsrlər boyu müxtəlif dini ənənələrin və mədəniyyətlərin qovuşduğu məkan olub. Ölkədə kilsə, sinaqoq və məscidlərin bir-birinə yaxın ərazilərdə yerləşməsi bu tarixi reallığı əyani şəkildə nümayiş etdirir.

SİA xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan “Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” sessiyasında bildirib.

O qeyd edib ki, hazırda Azərbaycanda 144 muzey fəaliyyət göstərir və onların hər biri zəngin, maraqlı eksponatları ilə seçilir.

Səbinə Hacıyevanın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra bu ərazilərdəki dini və tarixi abidələrin bərpası istiqamətində işlər həyata keçirilir. Bu proses Azərbaycanın maddi və qeyri-maddi mədəni irsin qorunmasına həssas yanaşmasını nümayiş etdirir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə